İki qəzada iki nəfər yaralandı

Şəmkirdə baş verən 2 yol qəzasında 2 nəfər xəsarət alıb. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, ötən gün axşam saat 20 radələrində Şəmkir sakini, 26 yaşlı Rəşad Namazov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən "Niva" markalı maşınla toqquşub. Nəticədə "Niva"nın sürücüsü qəzadan xəsarətsiz ötüşsə də, "VAZ"ın sürücüsü qarının qapalı küt travması diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti orta-ağırdır.
Daha bir yol qəzası isə saat 23 radələrində Çaparlı kəndi ərazisində baş verib. 23 yaşlı Fərid Əliyev idarə etdiyi "QAZ 3110" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü qapalı kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.
Hər iki qəzanın səbəbləri Şəmkir Rayon Polis Şöbəsində araşdırılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












