İranda ağır qəza - 20 ölü

İranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri general Nadir Rəhmani "Presstv" xəbər kanalına deyib. Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.
N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”
N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












