İstirahər günləri yol qəzalarında 7 nəfər öldü

Daxili İşlər Nazirliyi istirahət günləri ölkədə baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 20-də saat 19 radələrində Yardımlı rayonunun Honuba kəndində rayon sakini Vüqar Rəsulov idarə etdiyi “VAZ-21213” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İsmayıl Rəsulzadə hadisə yerində ölüb, digər 4 sərnişini isə xəstəxanaya yerləşdirilib. Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.
Sentyabrın 20-də saat 19 radələrində Yevlax rayonunun Qarxun kəndində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı avtomobillər toqquşub. Nəticədə E.Babayevin sərnişinləri, qardaşı Coşqun, həmyerliləri Ramin Babayev və onun oğlu Şamil hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Sentyabrın 19-da saat 14 radələrində Ağdam rayonunun Sarcalı kəndində rayon sakini Faiq Pənahovun və Ağcabədi rayon sakini Əkbər Qasımovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. F.Pənahov hadisə yerində ölüb, xəsarət almış Ə.Qasımov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
Sentyabrın 19-da saat 20 radələrində Ucar rayonunun Qaracallı kəndində kənd sakini Nəriman Davidov idarə etdiyi "VAZ-2101" markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. BDYPİ tərəfindən araşdırma aparılır.
Emin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












