İstirahət günləri 6 nəfəri maşın vurub: 3 ölü, 3 yaralı

İstirahət günləri Azərbaycanın müxtəlif yerlərində bir neçə nəfəri maşın vurub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 18-də saat 21 radələrində Göyçay şəhərində şəhər sakini Əfqan Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Həmidə Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş H.Babayeva orada ölüb. Elə həmin gün saat 23 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində müəyyən edilməmiş avtomobil yolu keçən qəsəbə sakinləri Bənövşə Sədrədinova və Məhəmməd Məmmədovu vurub. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Aprelin 19-da saat 17 radələrində isə Yevlax şəhərində Bərdə rayon sakini Elnur Tağıyev idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən həmyerlisi Kəriş Əhmədovu vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Aprelin 19-da növbəti piyada vurulması hadisəsi saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində qeydə alınıb. Naməlum avtomobil yolu keçən Bakı şəhər sakini Məhərrəm Novruzov vurub. M.Novruzova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Bu gün saat 02 radələrində isə Saatlı rayonunun Dədə Qorqud kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Atabala Allahyarov vurulub və piyada xəstəxanada ölüb.
Hər bir faktla bağlı müvafiq araşdırma aparılır.
Emin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












