İtkin düşən şəxs yol qəzasında öldü - Azərbaycanda - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 19:00 radələrində magistral yolun 203-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay şəhər sakini, 1966-cı il təvəllüdlü Səbuhi İsayev idarə etdiyi 23-BX-050 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Əziz Kamal oğlunun idarə etdiyi 54-BB-557 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını aşıb. Ağır bədən xəsarətləri alan sürücü Səbuhi İsayev hadisə yerində dünyasını dəyişib.
Məlumata görə hadisə zamanı dünyasını dəyişən “Bismak” şirkətinin işçisi Səbuhi İsayev 7 gündür ki, itkin düşən şəxs kimi Göyçay rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO















