İçərisində 57 sərnişin olan avtobus qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Qəzalar
6 Mart 2021 23:38
Oxunub 1590

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.
Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.
Qəzanın səbəbi barədə məlumat verilmir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













