İcra hakimiyyətinin xidməti avtomobilləri qəzaya düşdü: Yaralılar var - FOTO
Qəzalar
18 Fevral 2022 20:12

Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb. Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb. Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.
Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.
Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
APA
Oxunub : 1838
DİGƏR XƏBƏRLƏR
4 Oktyabr 2026 23:32
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
4 Oktyabr 2026 09:40
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
2 Oktyabr 2026 19:24
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
2 Oktyabr 2026 13:00
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
2 Oktyabr 2026 10:06
Beyləqanda ağır qəza - ÖLƏN VAR
1 Oktyabr 2026 17:30
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
1 Oktyabr 2026 16:44
Bakı-Quba yolunda qəza: Ölən var
1 Oktyabr 2026 15:30
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
1 Oktyabr 2026 13:23
Şamaxıda ağır QƏZA - VİDEO
1 Oktyabr 2026 13:00
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
1 Oktyabr 2026 09:00
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
30 Sentyabr 2026 19:59
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
ŞƏRH YAZ













