İsmayıllıda avtomobil ağaca çırpıldı: iki polis yaralandı - VİDEO - YENİLƏNİB

Bu gün saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar.
Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, avtomobili idarə edən mülki şəxs olub.
***
İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri - Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıblar.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. (report)
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO













