"Kamaz" aşdı

Azərbaycanın Lənkəran rayonunda "Kamaz" aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in bölgə müxbirinin məlumatına görə, Lənkəran rayonunun Liman şəhərində bu gün saat 11:00 radələrində cınqılla dolu "Kamaz" markalı maşın aşıb. 1972-ci il təvəllüdlü Quliyev Mahir Nəsib oğlunun idarə etdiyi avtomobilin aşması nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaxınlıqdakıların köməkliyi ilə o, dərhal Lənkəran Regional Diaqnostika xəstəxanasına yerləşdirilib.
Hadisəyə səbəb maşının arxa yan təkərinin partlaması nəticəsində sürücünün sərt döngədə idarə etməni itirməsi olub.
Qəza Ələt-Astara magistral yolunun 188-ci kilometrliyində baş verib. Nəticədə yol yarım saat bağlı qalıb. "Kamaz" markalı maşın ağır texnika vasitəsi ilə yoldan kənarlaşdırılıb. Hal-hazırda nəqliyyatın hərəkəti bərpa olunub.
Maşının tikinti şirkətlərindən birinə aid olduğu deyilir.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












