“Kamaz” sərnişin avtobusu ilə toqquşdu

Lənkəranda 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 20-də saat 18. 00 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şilavar kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayonundan Lənkəran rayonu istiqamətinə hərəkət edən “Kamaz” markalı yük maşını şoseyə çıxarkən yolu keçmək istəyən sərnişin avtobusu ilə toqquşub. Güclü zərbədən idarəetməni itirən “Kamaz” daha sonra yolun kənarında dayanmış iki minik avtomobilinə çırpılıb. Qəza nəticəsində hər dörd nəqliyyat vasitəsinə xeyli ziyan dəyməklə yanaşı, avtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında onlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












