"Kamaz" və "Fiat" toqquşub, xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 242-ci kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb. Zərdab rayon sakini Natiq Əsgərovun idarə etdiyi 90 AU 278 dövlət nömrə nişanlı "Fiat" markalı minik maşını ilə, Goranboy rayon sakini Arzu Fətəliyevin idarə etdiyi 10 MX 476 dövlət nömrə nişanlı çınqıl daşı ilə yüklənmiş "Kamaz" markalı yük maşını toqquşub. Nəticədə, yük maşını yolun hərəkət hissəsinə aşıb. Sürücü isə aldığı xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə səbəb minik maşınının "Kamaz" markalı yük maşınının qarşısına çıxması olub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












