“Kamaz”la toqquşan “BMW” yararsız hala , sürücüsü isə komaya düşdü - VİDEO
Qəzalar
4 İyul 2023 16:38

Sürəti sıxan sürücünün manevr “şou”su qəzayla nəticələnib.
Avtosfer.az xəbər verir ki, qəza hadisəsi dünən səhər saatlarında Hökməli-Qobu yolunda qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, “BMW” markalı avtomobil, 19-BD-778 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşınıyla toqquşub. Hadisə şahidlərinin məlumatına əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb “BMW” markalı avtomobilin ötmə əməliyyatına baş vurması olub. Yüksək sürətlə hərəkət edən “BMW” yol kənarında dayanan “KamAz”a dəyib. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ölüm faktı yoxdur.
Qeyd edək ki, qəzayla bağlı DYP əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub : 902
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












