Köhnə avtomobillərdən istifadə ölüm riskini artırır - Ekspert

“Yollara xətt çəkilir, nədənsə sabah o xətlər yoxa çıxır. Söhbət insan taleyindən gedirsə həmin xətlər niyə silinir və ya niyə yoxa çıxmalıdır. Həlli çox sadədir axı, buna imkan da var”.
Bu sözləri missiya.az-a açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin artması ilə bağlı həqiqətən də ciddi narahatlıq yaşanır. Bu hadisələrin baş verməsində sürücülər qədər piyada amili də mühümdür. Ümumi qəzaların sayında müşahidə olunur ki, piyadavurmalar təxminən 40 faizdən yuxarı göstəricidədir: “Piyadaların iştirakı ilə baş verən qəzalar elə sürücülər tərəfindən törədilən qəzalara bərabərdir. Həmin qəzaları əsasən 3 kateqoriya üzrə bölürük . Onlardan biri nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə əlaqədardır. Azərbaycanda avtomobillərin sayı kifayət qədər çoxdur. Ölkəmizdə təxminən 1 milyon 700 min avtomobil var və bunların da 750 minə qədəri Bakı şəhərində qeydiyyatda olsa da, böyük əksəriyyəti, yəni 1 milyona yaxını məhz paytaxtda idarə olunur. Bəzilərinə texniki cəhətdən saz avtomobildir deyə bilmirik. Köhnə avtomobillər də xeyli saydadır. Onların idarə olunması heç də yaxşı nəticələr vermir. Nə qədər ki, işlənmiş avtomobillər mövcuddur, o qədər də qəzalar baş verir”.

Elməddin Muradlı onu da vurğulayıb ki, həm yol infrastrukturuna dair, həm də avtomobil parkının yenilənməsi istiqamətində işlər aparılmalıdır. Gömrük güzəştləri tətbiq oluna, köhnə avtomobillərin ökəyə gətirilməsində sərt qadağalar qoyula bilər: “Bu qadağaların demək olar ki, böyük bir hissəsi tətbiq edilib, təsirlərini isə təbii ki, hələ görə bilmərik. Gələcəkdə bu nəticələr barədə danışmaq olar. Amma aparılan islahatların nəticələrindən görürük ki, ölkədə avtomobil parkına dair müəyyən addımlar atılır. Digər tərəfdən yol infrastrukturu ilə bağlı vəziyyət ürəkaçan deyil. İşıqlandırma və piyada keçidləri ilə bağlı da analoji vəziyyətdir. Piyadalar üçün normal infrastruktur yaradılmır. Yollara xətt çəkilir, nədənsə sabah o xətlər yoxa çıxır. Söhbət insan taleyindən gedirsə həmin xətlər niyə silinir və ya niyə yoxa çıxmalıdır. Həlli çox sadədir, buna imkan da var. Daha keyfiyyətli materiallardan istifadə etmək lazımdır”.
Ekspert qeyd edib ki, sürücülər və piyadaların məsuliyyət faktoru olduqca önəmlidir. Təəssüf ki, bu artıq arxa plana keçib: “Bu gün hər kəsdə bir özgüvən yaranıb. Sanki onların təhlükəsizliyi 100% təmin edilib. Bu anlayışdan uzaq olsalar, daha diqqətli davransalar bir o qədər təhlükəsiz nəfəs ala bilərlər. Habelə, sözügedən məsələ ilə əlaqədar təbliğat işləri gücləndirilməlidir”.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












