Kürdəmirdə 2 nəfərin ölümüylə nəticələnən qəza anbaan videoya düşdü - VİDEO

Səbrsiz sürücü yüksək sürətlə qəfil manevr etmənin qurbanına çevrilib.
Avtosfer.az xəbər verir ki, sosial mediada gündəmə düşən ağır yol-nəqliyyat hadisəsi Kürdəmir yolunda qeydə alınıb. Qəza anbaan avtomobildəki gənclərdən birinin lentə aldığı kadrlara düşüb. Videodan da aydın göründüyü kimi, yol boyunca sürəti sıxan 10-ZV-716 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü qəfil manevrlə əks zolağa keçib. İdarəetməni itirən sürücü ana yoldan çıxıb və avtomobili dəmir dirəyə çırpıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən “Mercedes” sürücüsü və avtomobildəki sərnişinlərdən biri dünyasını dəyişib. Digər sərnişinlər isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, səs-küy yaradan qəza videosu sosial şəbəkə istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib. Qaydalara əməl etməyən gənc sürücünün avtomobili idarə etdiyi zaman təhlükəsizlik kəmərini taxmaması da onların gözündən qaçmayıb. “Kəməri taxsaydı ən azından açılan şar onu qoruyardı” deyə onlar rəy bildiriblər.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












