Kürdəmirdə avtomobil piyadanı vurub öldürdü

Mərhumun oğlu Şamxal İbrahimli Avtosfer.az-a bildirib ki, hadisə piyada yolu keçərkən baş verməyib. Həmin vaxt Fariz İbrahimov yolun ehtiyat zolağında dayanıbmış və avtomobil yoldan çıxaraq onu vurub.
***
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada dünyasını dəyişib. "Report" xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlu xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Bağırov Nicat Münasib oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlunu vurub. Hadisə zamanı avtomobil yol kənarındakı kanala düşüb. Ağır xəsarət alan F.İbrahimov isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












