Kürdəmirdə avtomobil su kanalına aşdı, iki nəfər boğuldu - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.
Nəticədə avtomobildə olan sürücü, Laçın rayon sakini, 1959-cu il təvəllüdlü Qarayev Yaşar Əli oğlu və onun həmyerlisi olan sərnişini, 1964-cü il təvəllüdlü Xanalıyev Vidadi Sabir oğlu suda boğularaq dünyasını dəyişib.
Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxslər Laçın rayonundan Bakı şəhərinə gedirmişlər.(report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















