Kürdəmirdə baş verən ağır qəzanın təfərrüatı məlum olub - YENİLƏNİB - FOTO

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Toyota Prius”un sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5 radələrində baş verib.
Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib.
Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri, 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də “Mercedes”in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
08:18
Kürdəmirin Atakişili kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota Prius”da olan sərnişin, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib.
Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də ”Mercedes” in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












