Kürdəmirdə “Ford Tranzit” “KamAZ”a çırpıldı, ölən və yaralanan var - FOTO - VİDEO

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, içi pomidorla dolu olan “Ford Tranzit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yerində mişar daşı ilə dolu olan “KAMAZ”a çırpılıb.
Nəticədə “Ford Tranzit”dəki iki nəfər - Gəncə şəhər sakinləri, sürücü 39 yaşlı İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlər sərnişin Ramin Heydərovun vəziyyətini ağır qiymətləndirirlər. Fakt araşdırılır.
***
Ötən gecə Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri ölüb.
Hadisədə ağır bədən xəsarəti almış Gəncə sakini Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO



















