Lənkəranda ağır qəza: ölən var - FOTO

Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Lənkəran şəhərinin mərkəzi H.Əliyev prospektində qeydə alınıb. 1981-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Məmmədli Ramin Qiyamməddin oğlunun idarə etdiyi “Opel Astra” markalı "99 HC 226" dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək əvvəlcə yolun kənarındakı bardürə, daha sonra ağaca çırpılaraq çevrilib. Zərbə nəticəsində sürücü maşından kənara düşüb. Nəqliyyat vasitəsinin ağaca çırıldıqdan sonra sürücünün üzərinə aşdığı bildirilir. Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Maşında olan sərnişin-Umudlu Razim Novruz oğlu isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir. Qəza nəticəsində dünyasını dəyişən və xəsarət alanın N saylı hissənin hərbçiləri olduğu deyilir. Qəzanın baş vermə səbəbləri ilə bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.
anspress
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















