Lənkəranda maşın velosipedçini vurdu

Lənkəranda velosipedçinin vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 6-da saat 19.00 radələrində rayonun Haftonu qəsəbəsinə gedən şose yolda qeydə alınıb. Rayonun Haftonu qəsəbə sakini, 1989-cu il təvəllüdlü Tahle Hacıməmməd oğlu Mirzəyevin idarə etdiyi “NAZ Lifan” markalı, 42 BT 824 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkətdə olan rayonun Kərgəlan kənd sakini, 1994-cü il təvəllüdlü İlqar Güloğlan oğlu Həmidzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Həmidzadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












