Lənkəranda qəza: bacı-qardaşın vəziyyəti ağırdır

Lənkəranda bacı və qardaşın yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə iyulun 20-də axşam saat 18 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Şilavar kəndindən keçən hissəsində baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in əldə etdiyi məlumata görə, Lənkəran istiqamətində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə sərnişin avtobusu ilə, daha sonra yolun kənarında dayanmış iki yük maşını ilə toqquşub.
Lənkəran rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sərnişin avtobusunda olan sərnişinlərdən dörd nəfər xəsarət alıb. Onlardan ikisinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bunlar bacı-qardaş olan - 1997- ci il təvəllüdlü Pərvin Vüqar qızı İbrahimzadə və onun 3 yaşlı qardaşı Vüqar Hüseyn oğlu İbrahimzadədir.
Pərvin və Vüqar xəstəxanaya “qapalı kəllə beyin travması" və “alın nahiyəsinin kəsilmiş- deşilmiş yarası” diaqnozu ilə gətirilib. Onlara yardım göstərilib. Lakin vəziyyətləri ağır olduğu üçün hər iki şəxs Bakıya göndərilib.
Xatırladaq ki, hadisə zamanı xəsarət alan bacı-qardaş Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən Leyla adlı xanımın övladlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












