Lənkəranda qəza: bir ailənin 6 üzvü yaralandı - FOTO

Lənkəranda altı nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyulun 10-da saat 22.30 radələrində Nərimanabad şose yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Biləsuvar şəhər sakini, 1990-cı il təvəllüdlü Teymur Nuşirəvan oğlu Rüstəmzadənin idarə etdiyi “VAZ-21064” markalı, 10 HE 251 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildəki bir ailənin beş üzvü olan sərnişinlər – Biləsuvar rayon sakinləri, 1994-cü il təvəllüdlü Sevda Nuşirəvan qızı Yusifova, 1984-cü il təvəllüdlü Ofeliya Nuşirəvan qızı Quliyeva, 1987-ci il təvəllüdlü Gülnar Nuşirəvan qızı Rüstəmova, 1977-ci il təvəllüdlü Natiq Fərman oğlu Rüstəmov və 2012-ci il təvəllüdlü Ayxan Aqil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılarda 5 nəfərinə müvafiq yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş 3 yaşlı Ayxanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Qəza zamanı həmçinin minik avtomobilinə ciddi ziyan dəyib.
İlkin versiya kimi hadisənin avtomobilin sürücüsünün düzgün manevr edə bilməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO















