Lənkəranda traktor "Mitsubishi”yə çırpıldı, 3 nəfər... - FOTO

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Yol nəqliyyat hadisəsi səhər saatlarında Ələt-Astara magistralın 172 km – də, Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Cil kənd sakini 2002 - ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Astara rayonunun Şümrüd kənd sakini 1990 - cı il təvəllüdlü Nahid Şadoğlan oğlu Məmmədovun idarə etdiyi “Mitsubishi” pikap markalı avtomobilin arxa hissəsinə çırpılıb.
Zərbənin nəticəsində traktor aşıb. Tarktorun sürücüsü S.Həbibzadə və pikapda olan sərnişinlər, Astara rayonun Pəlikeş kənd sakinləri, sürücünün qardaşı 1986 - cı il təvəllüdlü Mövlud Şadoglan oğlu Məmmədov, həmkəndlisi 1978 - ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına catdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















