Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb - FOTO

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1959-cu il təvəllüdlü Mirqiyas Talışxanovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını, Lənkəran şəhər sakini 1945-ci il təvəllüdlü Tələt Rəhimovun idarə etdiyi "QAZ-2124" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "QAZ-2124"-ün sürücüsü və "VAZ-2104" markalı maşında olan sərnişin, Lənkəran rayonunun Girdəni kənd sakini 1959-cu il təvəllüdlü Seyran Nəzərov xəsarət alıblar. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qəza zamanı hər iki minik maşını deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














