Lənkəranda yol terroru:2 ölü, 9 yaralı

Ötən gecə saat 21 radələrində Ələt – Astara yolunun 205-ci kilometrliyində, Lənkəran rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Kərkəlan kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Xəzail Feyruz oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Astaradan gələn Lənkərən rayonu Şiləvar kənd sakini 1968-ci il təvəllüdlü Gənciyev Rövşən Gülağa oğlunun idarə etdiyi “Mercedes”lə toqquşub. Qəza nəticəsində “Jiquli”də olan 1991 təvəllüdlü İbadova Xalidə Barat qızı dünyasını dəyişib.
“Jiquli”də olan
1998-ci il təvəllüdlü Hüseynov Nurlan Xəzail oğlu,
1998-ci il təvəllüdlü Hüseynova Nuranə Adil qızı,
1997-ci il təvəllüdlü İbadov Rəşad Çağal oğlu,
2005-ci il təvəllüdlü Hüseynova Nuray Xəzail qızı və
2008-ci il təvəllüdlü Hüseynov Nazim Xəzail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, Hüseynov Xəsail Feyruz oğlu ailəsini toydan evə aparırmış və onun sərxoş olduğu bildirilir.
Qəzaya səbəb kimi “VAZ 2106”nın “Mercedes”in yoluna çıxması göstərilir.
Ölümlə nəticələnən növbəti ağır qəza ötən gecə 22 radələrində Ələt – Astara magistralının 203-cü kilometrliyində baş verib. Bölgə müxbirinin verdiyi məlumata götə, Siyavar kənd sakini 1989-cu il təvəllüdlü Sadıqov Rəhman Əliverdi oğlu idarə etdiyi “VAZ 2103” markalı avtomobillə Lənkəran sakini 1962-ci il təvəllüdlü Qasımov Şakir Əbdülkərim oğlunun idarə etdiyi “Mercedes” markalı təcili yardımla toqquşub.
Qəza nəticəsində “Jiquli”də olan 9 aylıq Sadıqova Zəhra Əliverdi qızı dünyasını dəyişib, 1990-cı il təvəllüdlü Sadıqova Zərifə xəsarət alıb.
Bundan başqa Astara rayon sakinləri
1986-cı il təvəllüdlü Rəhmanova Günel Eldar qızı,
2008-ci il təvəllüdlü Rəhmanov Elvin Elçin oğlu,
Rəhmanov Elçin Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb kimi “Jiquli”nin təcili yardımın önünə çıxması göstərilir.
Hər iki faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










