Lənkəranda yük maşını dərəyə aşıb, ölən və yaralanan var

Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyulun 22-də, saat 14.50 radələrində rayonun dağlıq Gəgiran kəndinin Piədi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyevin idarə etdiyi “QAZ-66” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə maşının sürücüsü və yanındakı sərnişini, Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yola salınıb. Lakin M.Axundov yarı yolda dünyasını dəyişib. MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş sürücü Z. Əliyevin də vəziyyəti ağır qiymətləndirilir.
İlkin versiya kimi hadisənin maşındakı texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












