Lerikdə avtomobilin dağdan aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub

Lerik rayonunda avtomobilin dağdan aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti məlum olub. Hadisə nəticəsində 3 nəfər - "UAZ" markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Habil Əzimov, 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev və Elnarə Dadaş qızı İbrahimova ölüb.
İki nəfər isə - 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalovvə 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova isə yaralanıb.
*** 09:36
Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.
Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Avtomobildə olan daha bir nəfər - Bürsülüm kənd sakini, 1984-cü il təvəllüdlü Zeynalov Mübariz İxtiyar oğlu isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır. (Report)
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO












