Lerikdə «Niva» maneəyə çırpılıb, 2 nəfər yaralanıb

Lerik rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, qəza Noda-Şimgədulan-Xanəgah yolunun 2-ci km-də Bilnə kəndi ərazisində qeydə alınıb. Vizəzəmin kənd sakini 38 yaşlı Mikayıl Quliyevin idarə etdiyi "Niva" markalı avtomaşın dağlıq ərazidə idarəetməni itirərək yoldan çıxıb. Qarşıdakı maneəyə çırpılan maşında sürücü ilə bərabər sərnişin, 49 yaşlı Vərzəvud kənd sakini Nazim Kişiyev xəsarət alıblar.
Alın nahiyəsindən xəsarət alan sürücü M.Quliyev Lerik Rayon Mərkəzi Xəstəxanasına, sərnişin N.Kişiyev isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralı həkimlərin nəzarəti altındadır. Diaqnozun dəqiqləşdirilməsindən ötrü rentgenoloji müayinələr aparılır. Qəzanın texniki nasazlıq üzündən baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












