Maşının parça-parça olduğu dəhşətli qəzada 2 nəfər öldü; 2 yaralı - FOTO
Qəzalar
16 Avqust 2020 01:44

Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimlikləri məlim olub. "Report"un verdiyi məlumata görə, qəzada Ağaverdiyev Orxan Şakir oğlu və Mustafayev Qismət Mahir oğlu ağır xəsarət alıblar. Talıblı Müşfiq Etibar oğlu və Hüseynov Məzahir Vəfadar oğlu isə hadisə yerindəcə keçiniblər.
Faktla bağlı araşdırma gedir.
00:26
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un verdiyi məlumata görə, hadisə Masallı şəhəri ərazisində baş verib. Belə ki, "VAZ 21011" markalı avtomobil Zərifə Əliyeva küçəsindən əsas yola çıxarkən "Kamaz" markalı yük avtomobilinin yolu keçməsini gözləyib. Yük avtomobili keçdikdən dərhal sonra yola çıxmaq istəyərkən diqqətsizlikdən yük avtomobilinin arxasında yedəkdə olan digər nəqliyyat vasitəsini görməyib. Nəticədə iki avtomobil arasındakı trosa ilişərək sıxılıb.
Hadisə yerində iki Masallı rayon sakini dünyasını dəyişib. Həmin şəxslər təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Qəzada xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 12756
DİGƏR XƏBƏRLƏR
29 Noyabr 2026 12:00
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
28 Noyabr 2026 17:30
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
28 Noyabr 2026 16:32
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
28 Noyabr 2026 10:00
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
28 Noyabr 2026 09:45
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
27 Noyabr 2026 12:48
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
26 Noyabr 2026 10:23
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
25 Noyabr 2026 18:11
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
ŞƏRH YAZ
















