Maşın aşdı, arılar polis maşınına hücum etdi - VİDEO

Nəzarətdən çıxan yük maşını yol kənarına aşdı, milyonlarla arı ətrafa səpələndi. ABŞ-ın Oklahoma ştatında baş verən qəza bu dəfə polislərə baha başa gəlib. Avtosfer.az xəbər verir ki, yola dağılan arıların bir anda yaxınlıqdakı polis maşınına hücum etməsi ortaya bu görüntüləri çıxarıb.
Qəzadan sonra əraziyə gələn polis rəisini müavini uzun müddət avtomobilini tərk edə bilməyib. Buna səbəb isə, maşının dörd bir yanının minlərlə arı tərəfindən əhatə olunumasıdır. Pəncərələri bağlayıb, özünü arı sancmasından qorumğa çalışan polis rəisi xilasedicilərin yolunu gözləyib.
Əraziyə cəlb olunan yanğınsöndürənlər su şırnağı ilə polis maşınını arılardan təmizləyib. Amma bu, o qədər asan olmayıb. Yolda nəqliyyatın hərəkətini bərpa etmək saatlarla vaxt aparıb.
Qəza nəticəsində xeyli sayda arı tələf olub, bununla belə arıçılar yüz minlərlə arını xilas edə bilib. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. /atv.az
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












