Maşın dərəyə aşdı: ana öldü, övladları yaralandı

Bu gün saat 14 radələrində Siyəzən rayonunda 1 nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az regionaltv-yə istinadən bildirir ki, hadisə Siyəzən-Qalaltı yolunun 8-ci km-də, Siyəzən rayonunun Sədan kəndi ərazisində qeydə alınıb. 1971-ci il təvəllüdlü Siyəzən rayon sakini Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi "Vaz 21 07" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sərnişin, 1974-cü il təvəllüdlü, Siyəzən rayon sakini Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.
Avtomobilin sürücüsü C.Manafov, həlak olan qadının övladları - 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










