Maşın sürməyi qadağan edilsə də, piyadanı “Prius”la vurub öldürübmüş...

Sabunçu rayonunda sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius” markalı avtomobillə ağır qəza törətmiş şəxs həbs edilib.
Avtosfer.az xəbər verir ki, Yardımlı rayon sakini, 28 yaşlı Elmin Mehtizadə barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib. Ona 6 il müddətinə həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilib.
Bildirilib ki, hadisə ötən ilin 29 iyulunda Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. E.Mehtizadə “Prius” markalı avtomobillə piyada olan 24 yaşlı Xaliq Fehruzlunu vurub. Nəticədə sonuncu dünyasını dəyişib.
Məlum olub ki, E.Mehdizadə daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub. Məhkəmənin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq taxılıb. Həmçinin E.Mehdizadənin sürücülük hüququ da 10 ay müddətinə məhdudlaşdırılıb. Buna baxmayaraq o, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyətinə davam edib.
İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş şəxsdən mərhum piyadanın ailəsi şikayətçi olub. Onlar E.Mehdizadənin cəzalandırılmasını xahiş edib.
Qafqazinfo
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












