Məcburi köçkünlər yaralandı - Ağdamda qəza - FOTO

Ağdamda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Laçın rayonundan məcburi köçkün, 1967-ci il təvəllüdlü Mövlanverdiyev Vidadi Mövlan oğlunun idarə etdiyi «VAZ-21099» markalı 20 BZ 626 nömrə nişanlı avtomobillə Ağdam rayon Quzanlı-1 qəsəbəsində məskunlaşan məcburi köçkün, 1966-cı il təvəllüdlü Mirzəyev Şakir İsmayıl oğlunun idarə etdiyi «VAZ 2101» markalı, 66 BB 865 nömrə nişanlı maşın toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və V.Mövlanverdiyevin sərnişinləri-həyat yoldaşı, 39 yaşlı Məmmədova Şərafət Firiş qızı və oğlu, 1999-cu il təvəllüdlü Mövlanverdiyev Mövlanverdi Vidadi oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-ya çatdırılıblar. Hər iki sürücünün vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO






















