Məhkumların qəzası ilə bağlı yeni məlumat - YENİLƏNİB

Lökbatanda iyulun 25-də Penitensiar Xidmətin maşını və minik avtomobilinin toqquşması ilə bağlı yeni məlumatlar bəlli olub. Avtosfer.az xəbər verir ki, hadisə zamanı “Toyota” markalı avtomobildə olan Emil Həsənov oxu.az-a müraciət edib. O bildirib ki, hadisənin səbəbkarı sükan arxasındakı dayısı oğlu mərhum Hacıyev Elxan Əbülfəz oğlu olmayıb: “Medianın yazdığına görə, bizim maşın yüksək sürətlə əks tərəfə keçib və Penitensiar xidmətin maşını ilə toqquşub. Hadisə elə olmayıb. Orada yola əks istiqamətdə çıxmaq mümkün deyil. Orta xətdə dəmir maneə var. Biz sarı xətti keçib yolun sağında dayanmışdıq. Təhlükəsizlik kəmərlərimiz də taxılı idi, maşını da söndürməmişdik. Telefonda bir nəfərlə harada görüşəcəyimizi təyin edirdik.
Mən elə telefonla danışan yerdə arxadan böyük zərbəylə vurulduğumuzu hiss etdim. Mən oyananda gördüm ki, məni çıxarıblar, dayımoğlu isə maşındadır. Maşında oturacağın ikisi də sınmışdı, Elxanın bədənində heç nə yox idi, ancaq başı arxa hissədən deşilmişdi. Təcili yardım maşını gəldi, ancaq xəstəxanada Elxanı xilas edə bilmədik”.
Emil Həsənov onu da vurğulayıb ki, hadisə ilə bağlı yayılan məlumatlarda mərhumun hadisədə günahkar kimi göstərilməsi onun ailəsinə pis təsir edir:
“Biz istəyirik ki, hadisə olduğu kimi işıqlandırılsın”.
Qeyd edək ki, Mərhum Elxan Hacıyev 1987-ci il təvəllüddür və ailəlidir. Onun 1 yaşında qızı və 7 yaşında oğlu var.
18:17
Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero” markalı avtomobil toqquşub. Avtosfer.az xəbər verir ki, “yeni müsavat”a daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero” markalı avtomobilin sürücüsü dünyasını dəyişib. Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirlir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota” və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309” markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir. Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəzanın “Pajero” markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu – VİDEO
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var
"Nissan"la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı - VİDEO
Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı - VİDEO
Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Göyçayda avtobus “VAZ”la toqquşdu – Xəsarət alanlar var - VİDEO
Yevlaxda qəza: “BYD” qəbiristanlığın hasarına çırpılıb aşdı - VİDEO
Ara məsafəsi saxlamayan sürücü ağır qəzaya düşdü - REAL VİDEO










