Məktəblərin qarşısındakı QƏZALAR - Günahkar kimdir? - RƏY

Bu gün 20 nömrəli orta məktəbin qarşısında qəza hadisəsi baş verib. Belə ki, avtobusdan düşən məktəbli qızı maşın vurub. Məsələnin qəribə tərəfi ondadır ki, bu tip insident ilk dəfə deyil ki, baş verir.
Bəs bu cür halların qarşısını necə almaq olar? Məktəb dayanacaqları ilə bağlı hansı alternativ yollar var?
Məsələ ilə bağlı Yenicag.aza açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzi məktəblərin qarşısındakı dayanacaqlar standartlara uyğun deyil:

“Bunu aradan qaldırmaq üçün səy göstərmək lazımdır. Amma heç nə etmirlər. Ümumiyyətlə, yol hərəkət qaydaları ilə bağlı təbliğat işlərinə də ehtiyac var.
Şagird bilməlidir ki, avtobusa necə minmək lazımdır, necə düşmək lazımdır. Çox təəssüflər olsun ki, məktəblərin qabağını valideynlər öz maşınları ilə zəbt edir.
Avtobuslar gəlib 2-ci cərgədə dayanır. Elə 20 nömrəli məktəbin qarşısında da eyni vəziyyətdir. Problem qarşılıqlıdır. Həm avtobus sürücüsünün, həm şagirdin, həm də dayanacağı zəbt edən nəqliyyat sahibinin də günahı var”. (yenicag)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












