"Mercedes" yandı

Ağdaşda “Mercedes” markalı minik avtomobili yanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) anspress-ə verilən məlumata görə, hadisə rayonun mərkəzindən 3 km aralı yerləşən Şordəhnə kəndində qeydə alınıb.
Belə ki, minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bir müddət əvvəl də Bakıda 3 avtomobilin yanması ilə nəticələnən hadisə baş vermişdi. Hər üç hadisə də paytaxtın Suraxanı rayonunda qeydə alınmışdı.
İlk yanğın hadisəsi zamanı vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonunun yanar hissələri, növbəti yanğın zamanı Suraxanı rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik maşını, üçüncü hadisə vaxtı isə vətəndaşa məxsus "PRADO" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdı.
Hər üç yanğının qarşısı, FHN əməkdaşları tərəfindən alınıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












