"Mercedes"in önünə çıxdı, əzildi: 2 yaralı
Qəzalar
23 Aprel 2015 12:26

Faktla bağlı Göygöl polisi araşdırma aparır
Göygöldə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində qeydə alınıb. 39 yaşlı Kəlbəcər sakini Niyaməddin Verdiyevin idarə etdiyi “Mercedes” markalı maşınla onun həmyerlisi 44 yaşlı İqbal Bayramova məxsus “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü və sərnişini - atası Əhliman Bayramov xəsarət alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, hadisəyə “VAZ”ın dönmə əməliyyatını düzgün yerinə yetirməyərək “Mercedes”in yoluna çıxması səbəb olub. Faktla bağlı Göygöl polisi araşdırma aparır.
Oxunub : 1674
DİGƏR XƏBƏRLƏR
9 Sentyabr 2026 12:41
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
9 Sentyabr 2026 10:41
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
8 Sentyabr 2026 14:06
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
8 Sentyabr 2026 13:23
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
8 Sentyabr 2026 11:41
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
7 Sentyabr 2026 19:27
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
7 Sentyabr 2026 18:56
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
7 Sentyabr 2026 15:41
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
7 Sentyabr 2026 15:30
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
7 Sentyabr 2026 12:23
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
7 Sentyabr 2026 11:06
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
ŞƏRH YAZ










