“Mercedes"lə "VAZ-2107" toqquşdu: 3 nəfər xəsarət aldı - FOTO

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə dünən axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Lək kənd sakini Cəfər Allahverdi oğlu Cəfərovun idarə etdiyi “Mercedes" markalı minik maşını ilə rayonun Qarabörk kənd sakini Elşən Əbilhəsən oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub.
Nəticədə "VAZ-2107"nin sürücüsü E. Hüseynov, onun həmkəndlisi, 2007-ci il təvəllüdlü Höcət Ağasəf oğlu Həsənov və qəza anında yol kənarında dayanmış piyada, Ucar rayonunun Boyat kənd sakini, 1943-cü il təvəllüdlü Feyruz Qulam oğlu Abdullayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
H. Həsənovun xəsarəti yüngül olduğundan o, ambulator müalicəyə buraxılıb.
Fakt araşdırılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















