"Mersedes"lə “Zapı” toqquşdu, xəsarət alanlar var

Ötən gecə saat 23:00 radələrində Samux rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Samux rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Sarıqamış (Qarayer) kəndi ərazisində 20- BC- 046 dövlət nömrə nişanlı “Zaparojest” markalı avtomobillə 90-GY-481 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Zaparojest”-ın sürücüsü 1979-cu il təvəllüdlü, Samux rayon sakini Heybət Cəfər oğlu Heydərov və sərnişinlərGöygöl rayon sakini, 1987-ci il təvəllüdlü Elnur Vahid oğlu İsmayılov, 1978-ci il təvəllüdlü, Samux rayon sakini Arif Akif oğlu Kazımov və 1972-ci il təvəllüdlü Rafik Hüseyn oğlu Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə Təcili Tibbi Xəstəxanasına gətiliblər. "İlkin ehtimala görə qəzaya “Zaparojest”-in köməkçi yoldan əsas yola çıxarkən soldan gələn "Mersedes"-i gözləməməsi olub"- deyə Samux polis şöbəsindən əlavə etdilər.
Gəncə Təcili Tibbi Xəstəxanasından anspress-ə verilən məlumata görə, xəstələrin hamısı başın, bədənin çoxsaylı əziyi diaqnozu ilə qəbul edilib. Hazırda yaralıların vəziyyətləri normaldır. “Mersedes” markalı avtomobilin sürücüsü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












