Məşhur nəslin mənsubu qəzaya düşdü:4 yaralı

İmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişlinin Rəsullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli rayonu istiqamətində hərəkətdə olan Ziyəddin Şadlinskinin idarə etdiyi “QAZ 24” markalı avtomobillə əks istiqamətdən gələn Elsəvər Ağakişiyevin sükan arxasında olduğu “VAZ 21 05” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2105”-in sürücüsü və sərnişin Pünhan Həsrətoğlu yüngül yaralanıblar. “QAZ 24” markalı avtomobildə olan sərnişinlər Yuri Medvedev və Nadir Hüseynov müxtəlif dərəcəli sınıq xəsarətləri alıblar. Yaralılar dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası İmişli Rayon Regional Məntəqəsinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












