Məşqçi avtoqəzada öldü

Tanınmış hokkey mütəxəssisi Sergey Mixalev yol nəqliyyat hadisəsi zamanı vəfat edib. Avtosfer.az apasport-a istinadən məlumat verir ki, Rusiyanın əməkdar məşqçisi, “Salavat Yulayev” klubunun İdarə Heyətinin üzvü, digər mütəxəssis Valeri Belousovun dəfn mərasimindən qayıdan vaxt qəzaya uğrayıb. Hadisə Çelyabinsk vilayətinin Aşa şəhərində baş verib. 1987-90 və 2005-09-cu illərdə “Salavat Yulayev”in baş məşqçisi olan Mixalev 2008-ci ildə komandasını Rusiya çempionluğuna daşıyıb. Ufa təmsilçisinin növbəti mövsümdə 1/8 finalda mübarizəni dayandırması isə çalışdırıcının istefası ilə nəticələnmişdi.
2011-ci ilin yayında yenidən kluba qayıdan Mixalev bu dəfə yarım ildən az postunda qalıb. Bundan başqa, Nijni Novqorod “Torpedo”sunda da çalışan mütəxəssis Tolyatti “Lada”sında idman direktoru və baş menecer kimi də fəaliyyət göstərib. 1989-cu ildə tələbələrdən ibarət SSRİ yığmasını Universiadanın gümüş medallarına daşıyan Mixalev 2000-ci ildə Rusiyanın U-18 millisi ilə dünya çempionatının gümüş mükafatını əldə edib. 2002-ci ildə əsas yığmada köməkçi işləyən mütəxəssis 2006-cı ildə rəhbərlik etdiyi U-20 ilə mundialın gümüş medalına sahib olub.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










