Metro istifadəçilərinə ŞAD XƏBƏR: Sabahdan...

İyunun 16-dan “Bakı Metropoliteni” QSC-də qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
Məlumata görə, bu, sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədardır.
Bəs görəsən qatarlar yay rejiminə hazırdırmı?
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, qatarlarda kondisioner, havanın hərarəti, təmizliyi, rütubəti, oksigenin miqdarı kimi funksional sistemlər mikroiqlim nəzarəti sisteminin tərkib hissəsini təşkil edir:
![]()
“Təbii ki, kondisioner yayda hər birimizə lazım olduğu üçün mikroiqlim nəzarəti sisteminin əsas hissəsidir. O sistem heç vaxt söndürülmür. Mikroiqlim nəzarəti sistemi avtomatik tənzimlənən bir sistem kimi havanın hərarəti də daxil olmaqla, qatarın bütün salonunun mikroiqlim nəzarətinin normal səviyyədə olmasını təmin etməlidir. Əlbəttə, kondisionerlərdə müəyyən narahatlıqlar olur. Qatarların sayı çoxaldıqca biz bunu yeni-yeni hiss etməyə başlamışıq. Qatarlar stansiyada dayandıqca qapılar açılır, bağlanır, qatar hərəkətə başlayanda avtomatik olaraq sistemin mərhələli tənzimləməsi var. Sərnişinlər bəzən müəyyən müddət o diskomfortu hiss edirlər.
Nəzərə almaq lazımdır ki, qatar növbəti stansiyaya 1-2 dəqiqəyə çatır və o, mikroiqlim nəzarəti sistemini tam tənzimləyə bilmir. Belə halda sərnişin maşinistin rabitə düyməsindən istifadə edə bilər. Maşinist onu mexaniki tənzimləyəcək, amma təxminən 1-2 dəqiqədən sonra o sistem yenidən avtomatik sistemə qayıdır. Çünki o, mexaniki sistemdə çalışa bilməz. Məhz buna görə müəyyən diskomfortlar hiss olunur.
Hava bir az soyuq olanda heç kim belə şikayət etmir. Bu o demək deyil ki, biz həmin vaxt kondisioneri işlədirik, hava bürkü olanda onu qoşuruq. Digər məqam, evimizdə kondisioneri nadir hallarda təmizləyirik, amma metroda bu, daimi olan prosesdir.
Dünən bir şikayət daxil olmuşdu, həmin qatarın bütün gediş sisteminə baxdım, hər hansı bir problem müşahidə etmədim”.
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB
“Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır - VİDEO
Azərbaycanda avtomobil qəzaları ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Lənkəranda "Chevrolet Niva" dərəyə aşdı - Sürücü ÖLDÜ










