Banner

Mikroavtobus "07" ilə toqquşdu - Ölən var

Qəzalar 9 Oktyabr 2023 22:00 Oxunub 1714
Mikroavtobus "07" ilə toqquşdu - Ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələdə iki avtomobil toqquşub, ölən var.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində “VAZ-2107”dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh