Minik avtomobili ağaca çırpıldı: 1 ölü, 1 yaralı - FOTO+VİDEO

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 141-ci kilometrliyində yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonunun Alar kənd sakini 1978-ci il təvəllüdlü Zaur Alxan oğlu Əliyevin idarə etdiyi "Prado" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildəki şəxsləri çıxarıblar. Güclü zərbə nəticəsində sürücünün yanında olan qardaşı, 1975-ci il təvəllüdlü Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından təcili yardım maşınında Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.



Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










