Minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 198-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb. Ucar rayonu istiqamətdə hərəkətdə olan 34 yaşlı Kərimov Elşad Vaqif oğlunun idarə etdiyi minik maşın ilə əks istiqamətdə hərəkətdə olan 49 yaşlı Kərimov Əhəd Həmid oğlunun idarə etdiyi "SHAGMAN” markalı yük maşını toqquşub. Nəticədə, minik maşınının sürücüsü hadisə zamanı aldığı müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb yük maşınının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












