Mobil telefon daşıyan TIR aşdı; 20 mindən çox telefon yandı - FOTO

Çində yük maşınının qəzaya uğraması nəticəsində təxminən 20 mindən çox mobil telefon yanıb. Avtosfer.az xəbər verir ki, hadisə Şanxaydan təxminən 300 kilometr aralıda sürət avtomagistralında qeydə alınıb. Bu barədə yerli “MyDrivers” nəşri məlumat yayıb.
Hadisə şahidinin məlumatına görə, yüksək sürətlə hərəkətdə olan TIR, sürünün idarəetməsindən çıxaraq aşıb. İki zolağı zəbt edən yük maşını daha sonra yanıb.
Maşının yük yerində qara və yaşıl rənglərində 20 mindən artıq olan “iPhone” 11 və 11 “Pro Max” model telefonları yanaraq yarasız vəziyyətə düşüb.
Bildirilir ki, qəzada ölən və ya xəsarət alan olmayıb.
Nəşr, ətrafa dağılan telefonların bir hissəsinin oğurlandığını, ancaq onları aktiv etməyin mümkün olmayacağını da qeyd edib.
Namiq Musayev

Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO












