Moskvada iki təyyarəni ildırım vurdu

Moskvada ötən gün axşamdan təyyarə uçuşu üçün əlverişli olmayan hava şəraiti hökm sürür. Elə bu səbəbdən 2 sərnişin təyyarəsini Domodedovo aeroportunda enmə zamanı ildırım vurub. Anspress-in məlumatına görə, Özbəkistanın Fərqanə şəhərindən gələn "A-320" və Sankt-Peterburqdan gələn "Boeing-737" təyyarələri texniki zədə alıb. Zədələr laynerlərin uçuşdan sonraki müayinəsinin keçirilməsi zamanı aşkarlanıb. Belə ki, "Boeing-737"də ildırım düşməsinin izləri sol hissədə müəyyən olunub və hava gəmisində sükanın konstruksiyasının elementlərinə zərər dəyib. Bildirilib ki, hazırda Domodedovo və Şeremetyevo aeroportlarında hər şey qaydasındadır. Pis hava şəraitinə görə oradakı sərnişinlər təyyarələrdən buraxılmayıblar. Çünki tufan zamanı insanlara aerodromda olmaq qadağandır. Ləngimə 15-20 dəqiqədən iki saata qədər təşkil edib.
Xatırladaq, mayın 29-dan 30-na keçən gecə Moskvada leysan yağışları başlayıb və güclü tufan olub. Paytaxt xidmət orqanları gecə-gündüz növbəli iş rejiminə keçib.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












