«Moyka»dan maşını qaçırıb piyadanı vurdu

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Rayonun Muxax kənd sakini, 1998-ci il təvəllüdlü İntiqam Zeynullah oğlu Məmmədov idarə etdiyi “VAZ 2106” markalı, 62 BH 975 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Muxax kənd sakini 1967-ci il təvəllüdlü Sevda Məhəmməd qızı Həsənovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevda Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İntiqam Məmmədov Muxax kəndi ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləyir. Qəzanı törədən zaman idarə etdiyi avtomobil də avtoyuma məntəqəsinə yumaq üçün gətirilmiş maşın olub. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












