Müşfiqabadda dəhşətli qəza: Ana öldü, uşağının ayaqları sındı - VİDEO

Diqqətsiz şəkildə yolu keçən piyada uşağıyla birlikdə yük maşınının hədəfinə düşdü.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılmış qəza hadisəsi Bakı-Şamaxı yolunda, Müşfiqabad qəsəbəsi ərazisində baş verib. Yolun müşahidə kameralarına düşən görüntülərdən də bəlli olduğu kimi qucağındakı uşaqla yolu keçən piyada yük maşınının qurbanına çevrilib. Belə ki, piyada qadın qarşıdan gələn yük maşınına nəzər salmadan yolu qaçaraq keçməyə cəhd etsə də, bədbəxt hadisə ilə nəticələnib. Belə ki, yük maşınının birbaşa hədəfinə çevrilən qadın aldığı zərbə ilə qucağındakı azyaşlını yerə atıb, özü isə təkərlərin altında qalıb. Bir neçə metr məsafəyə qədər sürüşən uşaq ayaqlarında ağır xəsarət alsa da, həyatda qalıb. Qadın isə hadisə yerindəcə keçinib. Videoya diqqətlə baxdığımız zaman biraz aralıqda yerləşən yerüstü piyada keçidinin olduğunu görürük. Maraqlı məqam isə, keçidlə yanaşı yarı hissəsi silinmiş aslaft zebranın da mövcudluğudur. Təbii ki, bu halda piyadalar qanunun tələblərinə cavab verərək hər iki keçiddən istifadə etmək hüququna malikdir. Lakin belə yaxın məsafədə iki alternativin olması insanlarda çaşqınlıq yaratmağa yol açır.
Nərmin
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB










