Nağara ifaçısı yolu keçərkən maşın vurdu

Şirvanda avtomobil Saatlı sakinini vuraraq öldürüb. Şirvan polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Şirvan şəhəri, Heydər Əliyev prospektində baş verib. Şirvan sakini, T.İsmayılov küçəsi 26 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Həsənli Pərviz Taleh oğlu idarə etdiyi "Mercedes" markalı 90 LK 322 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayonunun Məmmədabad kənd sakini, 1970-ci il təvəllüdlü Ə. Mirzəyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü istintaqa cəlb edilib.
Son məlumatlara görə, Şirvan şəhərindəki “Yeganə” şadlıq sarayında təyin olunan toy mərasimində iştirakı planlaşdırılan qrupun üzvlərindən biri- nağara ifaçısı, 1967-ci il təvəllüdlü Mirzəyev Rəfayıl Əliheydər oğlu yolu keçərkən avtomobil vurub. Rəfayıl Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qrup baş vermiş faciə ilə əlaqədar şadlıq sarayında nəzərdə tutulan toy mərasimində iştirakdan imtina edərək oranı tərk edib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












